012 530 55 46

0503492288

Kurslarımız

Proqramlaşdırma

Haqqımızda

 

“Zəngin” Tədris Mərkəzi 2004-cü ildə yaranıb. Tədris Mərkəzinin yaranmasında səbəb ilk növbədə təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir təhsil sistemi yaratmaqdır. Hədəfimiz Azərbaycan vətəndaşlarına bu sistemlə xarici dilləri mükəmməl öyrətmək, kompyuter biliklərini genişləndirməsində, beynəlxalq arenaya inteqrasiya etməsində istiqamət vermək, abituriyentlərimizi ali məktəblərə hazırlamaqdan ibarətdir. Tədris sistemindəki nailiyyətlər fərqliliyimizin göstəricisidir. Buna misal olaraq, bu günə qədər Mərkəzdə çoxsaylı tələbənin qeydiyyatdan keçməsini göstərmək olar. Bu da Mərkəzdə çalışan müəllim heyətinin peşəkarlığından, dərs şəraitinin mükəmməl olmasından xəbər verir. İşin keyfiyyəti tələbələrin hər ay keçirilən səviyyə və sınaq imtahanlarındakı nəticələrdə özünü göstərir.  “Zəngin” Tədris Mərkəzində Abituriyent hazırlığı, Xarici dillər, Kompyuter kursları, TOEFL, İELTS proqramları, Magistratura və Dövlət qulluğuna hazırlıq, Mühasibat kursları, Peşə hazırlığı, Televiziya dizaynerliyi və YÖS üzrə hazırlıq kursları fəaliyyət göstərir.

Fəaliyyətə başladığı ilk gündən etibarən Mərkəzimiz öz peşəkar və yüksək təcrübəyə malik müəllim heyəti və ciddi nəzarət sistemi ilə fərqlənmişdir. 

Bildiyiniz kimi abituriyentlərin Ali məktəbə daxil olması üçün onlara peşəkar müəllim heyəti, münbit dərs şəraiti və rəqabətli mühit lazımdır. “Zəngin” Tədris Mərkəzi bütün bunları öz abituriyentləri üçün çox yüksək səviyyədə təşkil edir və onların qəbul imtahanlarında uğur qazanmaları üçün səylə çalışır. Mərkəzdə mütəmadi olaraq mövzu, aylıq və ümumi qiymətləndirmə testləri keçirilir.. Hər ay valideynlərə abituriyentlər  haqqında ətraflı məlumat verilir. 

Kampaniyalarımız